Türkiyədə avtobus qəzasında 25 nəfər yaralanıb

18 May 2026 14:09 (UTC+04:00)

Türkiyənin Balıkəsir əyalətində, İstanbul-İzmir magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb.

AzNews.az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb .

"Balıkesir əyalətinin Susurluk kəndi yaxınlığında İstanbul-İzmir magistral yolunda sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb",- deyə nəşr qeyd edib.

Bildirilib ki, avtobusda 40 sərnişin olub, onlardan 25-i müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara aparılıb.

Mövsüm,

AzNews.az