Ukrayna 2000 km-ə qədər mənzilli və 250 kq-a qədər döyüş başlığı olan qanadlı raket hazırlayır.
AzNews.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, “RUTA Block 3” adlı raket Ukraynanın “Destinus” və Almaniyanın “Rheinmetall” şirkətlərinin birgə istehsalı olacaq.
Qeyd edək ki, “Destinus” artıq Ukrayna Silahlı Qüvvələrini 300 km-ə qədər mənzilli və 150 kq-a qədər döyüş başlığı olan “RUTA Block 1” yüngül qanadlı raketləri ilə təchiz edib.