Pakistan bu ərəb ölkəsinə qırıcı və 8 min hərbçi göndərdi

18 May 2026 16:13 (UTC+04:00)

Pakistan müdafiə əməkdaşlığı müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanına qırıcı təyyarə eskadrilyası, 8000 əsgər və hava hücumundan müdafiə sistemi yerləşdirib.

AzNews.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İslamabad krallığa təxminən 16 ədəd JF-17 “Thunder” qırıcı təyyarəsi, 2 PUA eskadrilyası, eləcə də Çinin HQ-9 hava hücumundan müdafiə sistemi göndərib.

Bildirilib ki, bütün avadanlıqlara Pakistan hərbçiləri xidmət göstərir və maliyyələşdirmə Ər-Riyad tərəfindən həyata keçirilir.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Pakistan və Səudiyyə Ərəbistanı strateji qarşılıqlı müdafiə müqaviləsi imzalayıbar.