Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib

18 May 2026 17:04 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindən paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

“Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər”.