ABŞ-də Federal məhkəmə amerikalı biznesmen İlon Maskın “OpenAI” və onun yüksəkvəzifəli rəhbərlərinə qarşı qaldırdığı məhkəmə iddiasını təmin etməyib.
AzNews.az xəbər verir ki, dünyanın ən varlı adamı olan Mask 2015-ci ildə qurulan və “ChatGPT”ni yaradan “OpenAI” şirkətinin həmtəsisçisi olub. İlk illərində 38 milyon dollar sərmayə qoyduqdan sonra Mask “OpenAI”nin baş direktoru Səm Altmanı və onun baş müavinini pul qazanmaq üçün arxasından iş aparmaqda ittiham edib.
Bununla bağlı Kaliforniyanın Oklend şəhərində başlayan məhkəmə prosesi zamanı doqquz nəfərdən ibarət münsiflər heyəti Maskın bu barədə iddia qaldırmaq üçün çox gecikdiyini müəyyən edib.
Münsiflər heyətinin qərarından sonra hakim İvon Qonsales Rocers bu gün hökmü məhkəmənin qərarı kimi qəbul edib və Maskın iddialarını təmin etməyib