ABŞ Kanada ilə birgə fəaliyyət göstərən Daimi Müdafiə Şurasının işini dayandırmaq qərarına gəlib.
AzNews.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi məlumat yayıb.
Onun sözlərinə görə, Kanada müdafiə öhdəlikləri ilə bağlı etibarlı irəliləyiş nümayiş etdirə bilməyib.
Kolbi bildirib ki, Vaşinqton Şimali Amerikanın ümumi müdafiəsində bu qurumun rolunu yenidən qiymətləndirmək istəyir.