İran ABŞ-yə yeni şərtlər irəli sürdü: SANKSİYALARI DAYANDIRIN VƏ BLOKADANI LƏĞV EDİN

19 May 2026 11:15 (UTC+04:00)

İran ABŞ-yə təqdim etdiyi son təklifdə sanksiyaların ləğvini, dondurulmuş İran vəsaitlərinin azad edilməsini və ABŞ-nin dəniz blokadasına son qoyulmasını tələb edib.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Tehran həmçinin bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasını istəyir. İranın təklif paketində ABŞ-dan müharibə nəticəsində dəyən zərərin kompensasiyası, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması, birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının məhdudiyyətlərinin ləğvi də yer alıb.

Qəribabadi əlavə edib ki, İran nümayəndə heyəti danışıqlarda Tehranın uranı zənginləşdirmək hüququndan geri çəkilməyib.

Mövsüm,

AzNews.az