Bu, bizim üçün çox yaxşı fürsət oldu. Biz buraya gəlib Bakıda insanlarla bir araya gəldik, şəhəri gördük, çox bəyəndik.
AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin (NEPA) baş direktoru Matuil Haq Xalis deyib.
O qeyd edib ki, WUF13 həm də digər insanlar üçün buraya gəlib infrastruktur inkişafını görmək, bu təcrübədən öyrənmək, müxtəlif layihələrlə tanış olmaq baxımından yaxşı imkan yaradır. “Hazırda bizim Azərbaycanla hər hansı tərəfdaşlığımız yoxdur. Biz digər şirkətləri, dövlət qurumlarını Əfqanıstana investisiya yatırmağa təşviq etməyə çalışırıq. Biz həmçinin bir şirkətin fəaliyyət sahəsinə baş çəkdik və onların bərk tullantıları necə idarə etdiyini, bu sahədəki təcrübəsini yerində gördük”.