Mayın 19-da NATO ölkələrinə məxsus üç kəşfiyyat təyyarəsinin Kalininqrad vilayəti yaxınlığında fəaliyyət göstərdiyi bildirilib.
Məlumata görə, Estoniyadakı hərbi bazadan havaya qalxan “Beechcraft King Air 350ER” tipli təyyarə Baltik dənizinin neytral suları üzərində, Kalininqrad sərhədlərinə yaxın ərazidə dövrə vurub.
Mənbə bildirib ki, sözügedən təyyarə müşahidə və hava çəkilişi üçün uyğunlaşdırıla bilər. Hazırda isə onun Litva hava məkanında, Rusiya sərhədinə yaxın istiqamətdə hərəkət etdiyi qeyd olunub.
Mövsüm,
AzNews.az