Nazir Rəşad Nəbiyev daha bir görüş keçirdi

19 May 2026 16:52 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AzNews.az xəbər verir ki, görüş zamanı LRT (yüngül relsli nəqliyyat) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda telekommunikasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması üzrə razılıq əldə edilib.