ABŞ Estoniyaya M142 HIMARS yüksək mobillikli raket sistemləri üçün təlim sursatları göndərəcək.
Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur ERR telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, HIMARS-la bağlı müsbət xəbərlər var və təlim məqsədli sursatların tədarükü məsələsi artıq həll olunub. Döyüş sursatlarının göndərilməsi ilə bağlı isə Pentaqonun məsələni yenidən nəzərdən keçirməyə hazır olduğu, lakin hələ yekun qərarın verilmədiyi qeyd olunub.
Pevkur əlavə edib ki, “Javelin” raketləri ilə bağlı artıq heç bir problem qalmayıb və hazırda açıq qalan əsas məsələ HIMARS üçün əsas döyüş sursatlarıdır.
Estoniyalı nazir ABŞ qoşunlarının Avropadakı mümkün azaldılması ilə bağlı müzakirələrə baxmayaraq, Amerika hərbçilərinin Estoniyada qalacağını da vurğulayıb.
“Heç kim mənə Estoniyada ABŞ bayrağının endiriləcəyini deməyib. Bizim çox yaxın əməkdaşlığımız var”, – deyə Pevkur bildirib.
Mövsüm,
AzNews.az