İranın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ-ni BMT Təhlükəsizlik Şurasının platformasından istifadə edərək İran və onun nüvə proqramı barədə yalan məlumat yaymaqda ittiham edib.
Yayılan bəyanatda bildirilib ki, ABŞ tarixdə nüvə silahından istifadə etmiş yeganə ölkədir və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan dinc nüvə obyektlərinə hücumlara görə məsuliyyət daşıyır.
İran tərəfi həmçinin Vaşinqtonu mülki şəxsləri və mülki infrastrukturu hədəf almaqda, qanunsuz dəniz blokadaları həyata keçirməkdə və İsrailin regiondakı əməliyyatlarına dəstək verməkdə günahlandırıb.
Bəyanatda qeyd olunub:
“ABŞ bir daha BMT Təhlükəsizlik Şurasının platformasından İran əleyhinə yalanlar, əsassız ittihamlar və dezinformasiya yaymaq üçün sui-istifadə edib.”
İran nümayəndəliyi əlavə edib ki, Vaşinqton öz hərəkətlərini ört-basdır etməyə çalışır:
“Əslində günahkar və oğru indi prokuror və hakim rolunu oynayaraq öz cinayətlərini ağartmağa çalışır”.
Mövsüm,
AzNews.az