Xəzər dənizində zəlzələ olub

21 May 2026 10:00 (UTC+04:00)

Mayın 21-də Xəzər dənizində zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,6 olub.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.