Dayanıqlı inkişaf standartlarının uğurlu tətbiqi dövlət, biznes və vətəndaş cəmiyyətinin sıx qarşılıqlı fəaliyyəti olmadan mümkün deyil.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva WUF13 çərçivəsindəki "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində WUF13 çərçivəsində bildirib.
Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəffaf qrant mexanizmləri vasitəsilə şəhərsalma sahəsində layihələri dəstəkləyərək, eləcə də dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqəni gücləndirərək əlaqələndirici funksiyasını yerinə yetirir:
"Belə bir yanaşma dayanıqlı inkişafın daha səmərəli çoxtərəfli modelinin formalaşmasına kömək edir. Ona görə də Davamlı Təcrübələr Standartının uğurla həyata keçirilməsi dövlət institutlarının, özəl sektorun, akademik icmanın və vətəndaş cəmiyyətinin əlaqələndirilmiş əməkdaşlığından, eləcə də effektiv monitorinq və hesabatlılıq mexanizmlərinin mövcudluğundan asılı olacaq".