Qrenlandiyada ABŞ-a etiraz: Yeni konsulluq böhran yaratdı

21 May 2026 13:15 (UTC+04:00)

ABŞ yerli sakinlərin etirazları fonunda Qrenlandiya paytaxtı Nuuk şəhərində yeni konsulluq binası açmağa hazırlaşır.

Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, ABŞ konsulluğunun yeni binasının rəsmi açılışı mayın 21-də keçiriləcək. Lakin bu addım Vaşinqtonun ada ilə bağlı planlarına dair narahatlıqları daha da artırıb və Nuukda etiraz aksiyalarının keçirilməsi gözlənilir.

Kennet Haueri bildirib ki, diplomatik missiyanın əsas məqsədi ABŞ ilə Qrenlandiya arasında əlaqələri daha da yaxınlaşdırmaqdır.

Vaşinqton 2020-ci ildə Nuukda diplomatik fəaliyyətini bərpa etsə də, indiyədək amerikalı diplomatlar Danimarka ordusunun nəzarətində olan binalarda fəaliyyət göstərirdilər.

Mövsüm,

AzNews.az