Macarıstanda baş nazirlik müddətinə limit qoyulur

21 May 2026 16:04 (UTC+04:00)

Macarıstan hakim Tisa Partiyası parlamentə baş nazirin səlahiyyət müddətini maksimum səkkiz illə məhdudlaşdıran konstitusiya dəyişikliyi təqdim edib.

Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, təklif qəbul olunarsa, ölkənin keçmiş baş naziri Viktor Orbanın yenidən bu vəzifəyə qayıtmasının qarşısı alınacaq.

Məqalədə qeyd olunur ki, partiya lideri Peter Macar parlamentdəki üstün çoxluqdan istifadə edərək Orbanın Fides hakimiyyəti dövründə qəbul olunan qanunlara, o cümlədən konstitusiyaya dəyişiklik etməyi planlaşdırır.

Mövsüm,

AzNews.az