Politico: NATO rəhbəri Trampın alyansdan çıxmasının qarşısını almağa çalışır

22 May 2026 13:16 (UTC+04:00)

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın alyansdan uzaqlaşmasının qarşısını almaq üçün yeni plan hazırlayır.

Bu barədə Politico məlumat yayıb.

Məlumata görə, plan Vaşinqton üçün sərfəli olacaq yeni müdafiə sazişlərinin hazırlanmasını nəzərdə tutur. Bildirilir ki, Rutte son həftələrdə müdafiə sənayesi istehsalının və hərbi müqavilələrin artırılması kampaniyasına rəhbərlik edir. Məqsəd iyulda Ankarada keçiriləcək NATO sammitini uğurlu etmək və Tramp administrasiyasını iqtisadi baxımdan razı salmaqdır.

Mariya Malmer bildirib ki, ortaq standartların yaradılması, daha ucuz və sürətli silah istehsalı NATO daxilində əməkdaşlığı gücləndirə bilər. Onun sözlərinə görə, ABŞ müdafiə sənayesində unikal imkanlara malikdir və birgə istehsal davam etməlidir.

Bununla yanaşı, Politico qeyd edir ki, Ruttenin təşəbbüsü Avropa İttifaqı daxilində müqavimətlə qarşılaşa bilər. Çünki Brüssel öz müdafiə sənayesinin inkişafına daha çox üstünlük verməyə çalışır.

Nəşr həmçinin vurğulayır ki, Yaxın Şərqdəki müharibə fonunda Vaşinqton NATO ölkələrini ABŞ-yə kifayət qədər dəstək verməməkdə tənqid edib. Avropada isə ABŞ-nin alyansdakı rolunu azaltmasından narahatlıq artır. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, alyans ABŞ olmadan fəaliyyət göstərə bilməz.

Mövsüm,

AzNews.az