ABŞ Tayvana silah tədarükünü müvəqqəti olaraq dayandırıb

22 May 2026 15:50 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri Hun Tsao bildirib ki, Vaşinqton Tayvana 14 milyard dollar dəyərində silah satışını müvəqqəti dayandırır.

Bu barədə The Hill məlumat yayıb.

Tsao qeyd edib ki, qərarın səbəbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi “Epik Qəzəb” əməliyyatı üçün kifayət qədər sursat ehtiyatının təmin edilməsidir.

“Hazırda fasilə veririk ki, əməliyyat üçün bütün lazımi sursatın əlimizdə olduğuna əmin olaq. Daha sonra administrasiya uyğun hesab etdiyi vaxt xarici hərbi satışlar bərpa ediləcək”, – deyə o bildirib.

Məqalədə vurğulanır ki, Tsao-nun açıqlaması ABŞ prezidenti Donald Trampın əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Tramp daha əvvəl Tayvana silah tədarükünün dayandırılmasının Çinlə aparılan danışıqlarda “təzyiq vasitəsi” kimi istifadə oluna biləcəyini demişdi.

Mövsüm,

AzNews.az