Sergey Lavrov bildirib ki, Qərb Avropada nasizm ideologiyası altında Rusiyaya qarşı yeni birlik formalaşdırır.
O bu barədə “Detskaya Redaksiya” internet nəşrinə müsahibəsində danışıb.
Lavrovun sözlərinə görə, hazırda Avropada Rusiyaya qarşı yalnız hibrid deyil, mümkün fiziki hücum ssenariləri də nəzərdən keçirilir.
“Eyni şəkildə indi də nasizm və revanşizm bayraqları altında Rusiyaya qarşı ümumavropa hücum qrupu yaradılır. Artıq təkcə hibrid metodlardan yox, fiziki hücumdan da danışılır”, – deyə o bildirib.
Vladimir Zelenskini də sərt tənqid edən Lavrov iddia edib ki, Ukrayna lideri Avropa üçün vaxtilə Adolf Hitlerın oynadığı rolu yerinə yetirir. Rusiyalı nazir Zelenskinin “nasist şüarları” ilə çıxış etdiyini də iddia edib.
Mövsüm,
AzNews.az