Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, Helsinki Rusiya ilə yalnız sülh münasibətləri qurmaq istəyir və heç bir qarşıdurma niyyətində deyil.
Valtonen bu barədə NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin Helsinqborqdə keçirilən sammitində çıxışı zamanı danışıb.
“Biz yalnız sülh münasibətləri qurmaq istəyirik”, – deyə o bildirib.
Bununla yanaşı, Finlandiya XİN rəhbəri Rusiyanın hazırda qlobal təhlükəsizlik və NATO üçün təhlükə yaratdığını iddia edib. O qeyd edib ki, Helsinki qarşıdurmanın dərinləşməsinin əleyhinədir və beynəlxalq hüquq çərçivəsində dinc dialoqun tərəfdarıdır.
Mövsüm,
AzNews.az