Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

22 May 2026 16:56 (UTC+04:00)

Mayın 22-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək.

AzNews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.