Ümumdünya Şəhərsalma Forumuna (WUF) ev sahibliyinin Azərbaycandan Meksikaya təhvil verilməsi mərasimi keçirilib.
Aznews.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Forumun simvolunu Meksika tərəfinə təhvil verib.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyası (WUF14) Meksikanın paytaxtı Mexikoda keçiriləcək.