Bəşəriyyəti əsrlərlə düşündürən suallara CAVAB- FOTOSİLSİLƏ

24 Sentyabr 2013 17:20 (UTC+04:00)
Amerikada yayımlanan "New Scientist" jurnalı bəşəriyyətin uzun əsrlərdən bəri maraq göstərdiyi suallara cavabı açıqlayıb.


"Niyə şimpanzedən fərqliyik" sualına alimlərin verdiyi cavaba görə, şimpanzelərlə insanların genetik kod zəncirlərini yanyana qoyduqda aradakı fərq sadəcə 1,5 olur. Ancaq bu belə genlərdəki 30 milyon fərqli mutasiyanın olduğunu göstərir.

İki ayaq üzərində gəzməyimizin səbəbinə gəlincə, mütəxəssislər belə hesab edir ki, burada Darvinin nəzəriyyəsi doğru deyil. Darvin insanların iki ayaq ustə durmasını əmək alətlərinin ixtira edilməsi ilə əlaqələndirsə də, amerikalı alimlər bunun əskini söyləyir. Çünki ilk insanların iki ayaq üzərində durmağa başlaması 4.2, hətta 6 milyon il öncəyə gedib çıxır. Bu isə hələ əmək alətlərinin ixtira edilmədiyi zaman idi.

Dilin nə zaman inkişaf etdiyi sualına da mütəxəssislərin öz cavabı var. Modern insanın atası hesab edilən " Homo Sapiens" dil qabiliyyətinə sahib olan tək insan qrupu idi. Keçmişdə danışığın yerini tutan əl hərəkətləri dilin inkişafına müsbət təsir göstərib. Oxford Universitetinin mütəxəsisi Robin Dunbarın fikrincə, meymunlarda müşahidə olunan diafraqmanın 1,6 milyon illik keçmişi var. Danışıq isə 600 min əvvəl yaranıb.

Beynimizin bu qədər böyük olmasına gəlincə, bunun səbəbi mutasiyaya bağlıdır. Digər məməlilərin çənə sümükləri insanlara nisbətən daha güçlüdür. Bu isə kəllə sümüyünü sıxışdıraraq beynin böyüməsinin qarşısını alır. İnsanlar isə 2 milyon il öncə bu sümükdən qurtulub. Bundan sonra beynin inkişafı başlayıb.

İnsanları düşündürən daha bir suala- müasir insanın qədim insanlarda müşahidə olunan tüklərdən necə azad olmasına da mütəxəssislər cavab verib. Onların fikrincə, insanların tükünün azalmasına səbəb dünyanın isinməsi ilə bağlıdır.


Elnur
AzNews.az