WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırış”ı (Baku Call to Action) sənədində Azərbaycana təşəkkür edilib.
Aznews.az xəbər verir ki, bu barədə sənədin mətnində qeyd olunub.
“Azərbaycan hökumətinə və xalqına səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. “Bakı Fəaliyyətə Çağırış”ı mənzil böhranının köklü səbəbləri ilə mübarizə aparmağa yönəlmiş iddialı çağırışdır. Biz birlikdə bu çağırışlar ətrafında səfərbər olmalı və heç kəsi kənarda qoymadan bu problemlərlə mübarizə aparmalıyıq”, - qeyd olunub.