Çində mədəndə partlayış: Ölənlər və itkin düşənlər var

23 May 2026 09:23 (UTC+04:00)

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

AzNews.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Bildirilib ki, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan 8 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir.