Qalibaf: Müharibə yenidən başlasa...

23 May 2026 16:39 (UTC+04:00)

Tehran güzəştə getməyəcək.

“Tasnim”in xəbərinə görə, bu barədə İran parlamentinin sədri, İranın ABŞ-la danışıqlar üzrə rəhbəri Məhəmməd Baqer Qalibaf Tehranda Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə danışıqlar zamanı bildirib.

O, “İran xalqının və ölkəsinin hüquqları məsələsində güzəştə getməyəcəklərini” deyib.

Qalibaf İran ordusunun atəşkəs dövründə potensialını bərpa etdiyini və əgər müharibə yenidən başlasa, nəticələrinin “daha sarsıdıcı və acı” olacağını iddia edib.