CXP təslim olmayacaq - Tuncay Özkan

24 May 2026 17:38 (UTC+04:00)

İzmir millət vəkili, Türkiyənin tanınmış siyasi xadimi Tuncay Özkan bu gün mənsub olduğu CXP binasının polis tərəfindən ələ keçirilməsinə kəskin reaksiya verib.

AzNews.az onun açıqlamasını təqdim edir:

"Partiyamıza qarşı həyata keçirilən polis əməliyyatını; onun səbəbini, nəticəsini, arxasındakı siyasi ağlı, zülmkarları və onların maşalarını- hamısını birlikdə ən sərt şəkildə qınayırıq. Bu hücum CXP-yə qarşı yönəlmiş çirkli siyasi layihənin yeni mərhələsidir. Bu hüquqsuzluğu lənətləyirik. Partiyamızı ələ keçirmək istəyənlərə, partiyamızı bölmək istəyənlərə, CHP-nin iradəsinə ipoteka qoymağa çalışanlara açıq şəkildə səslənirik:

Bacarmayacaqsınız.

Partiyamızdan bir çınqıl daşı belə ala bilməyəcəksiniz.

Biz Cümhuriyyət Xalq Partiyasıyıq. Bu ölkənin qurucu iradəsiyik. Təzyiqləri də, qurulan tələləri də, zorakılığı da dünən necə aşmışıqsa, bu gün də aşacaq gücə sahibik.

Unudulmasın:

İçində ruh olmadıqca binalar sadəcə daş, beton və dəmir yığınından ibarətdir.

Cümhuriyyət Xalq Partiyasının ruhu isə binalarda deyil; xalqın vicdanında, xalqın bağrında, meydanlarda, küçələrdə və milyonların ədalət axtarışındadır.

Böyük Mustafa Kemal Atatürkün dediyi kimi: “Xalqın səsi, haqqın səsidir.”

Biz də xalqın səsini, xalqın bağrını və xalqın iradəsini yeni baş qərargahımız etməyə gəlirik.

Xalqımızla birlikdə hakimiyyət yürüşümüzü tamamlayacağıq.

Qaranlığı da, zorbalığı da, bu hüquqsuz sistemi ayaqda saxlamağa çalışanları da məğlub edəcəyik.

Söz veririk: Cümhuriyyət Xalq Partiyası təslim olmayacaq. Xalqın iradəsi əsla əsir alınmayacaq. Türkiyə bu qaranlığı mütləq aşacaq.

AzNews.az