Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Aznews.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Belarus və Fransa prezidentləri regional problemləri, həmçinin Belarusun Avropa ittifaqı və Fransa ilə münasibətlərini müzakirə ediblər.