Stubb Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməyə hazırdır

24 May 2026 18:42 (UTC+04:00)

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqlarda Avropa İttifaqının (Aİ) nümayəndəsi kimi çıxış etməyə hazır olduğunu bildirib.

Aznews.az xəbər verir ki, o, bu barədə Finlandiyanın "Yle" teleradio yayımçısının efirində deyib.

"Əgər məndən soruşsanız, bu, yəqin ki, mənfi cavab vermək mümkün olmayan bir məsələdir", - Stubb qeyd edib.

Daha əvvəl bildirilibki, Aİ Rusiya ilə danışıqlarda Finlandiya liderinin namizədliyini nəzərdən keçirir. Nəşrin məlumatına görə, Avropada Moskva ilə yüksək səviyyədə siyasi danışıqlara hazırlıq gedir və Stubb prosesdə mərkəzi rol oynaya bilər.