Qarabağ Universitetində xarici tələbələr dünyanın gələcəyini müzakirə edir
Aznews.az xəbər verir ki, QUMUN 2026-nın ikinci günü Qarabağ Universitetində diplomatik debatlar, strateji danışıqlar və beynəlxalq əməkdaşlıq ruhu ilə davam edib.
Gənclər BMT Təhlükəsizlik Şurası, UNESCO, ECOSOC və Beynəlxalq Ədalət Məhkəməsinin sessiyalarını simulyasiya edərək müxtəlif ölkələrin diplomatları rolunda qlobal çağırışlara həll yolları irəli sürüblər.
Post-münaqişə şəhərsalması, sülh quruculuğu, yaşıl texnologiyalar, mədəni irsin qorunması və süni intellektin idarə olunması kimi mövzular ətrafında aparılan müzakirələr Qarabağın beynəlxalq akademik dialoq məkanına çevrildiyini bir daha göstərib.
Qətnamələr hazırlanır, yeni ittifaqlar qurulur, fərqli ölkələrin mövqeləri arasında ortaq həllər axtarılır. QUMUN 2026 sadəcə konfrans deyil — gənclərin diplomatiya, liderlik və qlobal düşüncə platformasıdır.
Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionda gənclər diplomatiyası və beynəlxalq əməkdaşlıq üçün yeni səhifə açır.