Trump: İranla razılaşma tamamilə məndən asılıdır

24 May 2026 21:19 (UTC+04:00)

İranla razılaşma tamamilə məndən asılıdır.

Aznews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “ABC News” telekanalına telefonla müsahibəsində danışıb.

“Razılaşmanın əldə olunub-olunmayacağı tamamilə məndən asılıdır. Əgər hər hansı xəbər olacaqsa, bu yalnız yaxşı xəbər olacaq, mən pis razılaşmalar bağlamıram”, – deyə ABŞ Prezidenti bildirib.
O, mümkün razılaşmanın detalları barədə əlavə məlumat verməkdən imtina edib.