"Air Serbia"-ya məxsus ilk təyyarə 34 ildən sonra ilk dəfə Torontoya eniş edib.
Məlumata görə, təyyarənin göyərtəsində Marko Duriç də olub.
Serbiya ilə Kanada arasında uçuşlar 1992-ci ildə Yuqoslaviyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən dayandırılmışdı.
Bildirilir ki, Kanadada yüz minlərlə serb mənşəli insan yaşayır. Belqrad rəsmiləri reyslərin həftədə iki dəfə həyata keçiriləcəyini açıqlayıb.
Serbiya Xarici İşlər Nazirliyindən bildirilib ki, marşrutun bərpası Kanada ilə münasibətlərdə yeni səhifə açır.
Mövsüm,
AzNews.az