İran XİN yol qəzasında həlak olan diplomatın nəşinin göndərilməsi üçün Azərbaycan səfirliyi ilə təmasdadır - Bəqai

25 May 2026 12:33 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.

Aznews.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.

O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.

XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Azərbaycanın Təbriz şəhərindəki konsulu Ramil Rza oğlu İmranov 23 may tarixində Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən avtomobil qəzası nəticəsində ölüb.