QMİ fətva verdi - Qurban bayramı namazının vaxtı açıqlandı

25 May 2026 13:00 (UTC+04:00)

Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək.

Aznews.az xəbər verir ki, bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı münasibətilə təbrikində deyilir.

Qeyd edilib ki, mayın 27-də paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.