Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

24 Sentyabr 2013 15:31 (UTC+04:00)
Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 27-də Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcək.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, Mingəçevir, Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 10:00-da Şəki regional ədliyyə şöbəsində (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94) keçiriləcək.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Şəki regional ədliyyə şöbəsi (telefonu: (0177) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

AzNews.az