Əraqçi və Qalibaf ABŞ-la mümkün razılaşma barədə danışıqlar aparmaq üçün Qətərə gedib

25 May 2026 17:52 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmmədbaqir Qalibafın Qətərə səfər etdiyinə dair xəbər təsdiqlənib.

Aznews.az xəbər verir ki, Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran nümayəndə heyəti Əraqçi və Qalibafın rəhbərliyi ilə Qətərə səfər edib.

Səfər zamanı Qətər rəsmiləri ilə İran-ABŞ müharibəsinin sonlandırılması ilə bağlı məsələlərin müzakirə ediləcəyi qeyd olunub.