Sabah Bakıya yağış yağacaq

25 May 2026 19:13 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında mayın 26-sı gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Aznews.az xəbər verir ki, Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.