Netanyahu diş problemləri səbəbilə xəstəxanaya müraciət edib

26 May 2026 11:49 (UTC+04:00)

Binyamin Netanyahu dişlərində yaranan problem səbəbilə xəstəxanaya müraciət edib.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrailin baş naziri bazar ertəsi axşam saatlarında Hadassah Ein Kerem Medical Center tibb mərkəzinə aparılıb.

Baş nazirin ofisindən bildirilib ki, Netanyahu hazırda dəqiqləşdirilməyən stomatoloji müalicə alır.

Məqalədə qeyd olunur ki, son dövrlərdə İsrail ictimaiyyəti Netanyahunun səhhəti ilə bağlı məsələlərə daha çox diqqət yetirməyə başlayıb. Bildirilir ki, bəzi İsrail vətəndaşları baş naziri sağlamlıq vəziyyəti barədə tibbi məlumatları “gizlətməkdə” ittiham edir.

Mövsüm,

AzNews.az