Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ

26 May 2026 13:00 (UTC+04:00)

Bakının Dənizkənarı bulvar ərazisində gənc qız və oğlana qarşı edilən zorakılıq hadisəsinin görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda naməlum şəxsin bulvar ərazisində video çəkən gənc xanıma yaxınlaşaraq ona qarşı qeyri-etik hərəkətlər etməyə cəhd göstərdiyi, tərəflər arasında gərginliyin yarandığı əks olunub.

Hadisə ətrafdakı şəxslərin də diqqətini cəlb edib.

Məlumata görə, gənc xanım videomüraciətində naməlum şəxsin ona qarşı zorakılıq etməyə cəhd göstərdiyini bildirib. Yayılan görüntülərdə hadisənin baş verdiyi anlar yer alıb.

Xatırladaq ki, əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən üç ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.