Bəzi qadınlar pensiyaya 60 yaşında çıxsınlar - TƏKLİF

26 May 2026 13:08 (UTC+04:00)

"Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq".

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda ölkədə qadınların pensiya yaşı 65-dir ki, bu da MDB məkanında yüksəkdir:

"Azərbaycanda beş və daha çox övladı olan ailə çoxuşaqlı hesab olunur. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli beşdən üç uşağa endirilsə, bu, analara beş il tez pensiyaya çıxmaq hüququ qazandıracaq".