Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etdi

26 May 2026 13:47 (UTC+04:00)

“Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb.

Aznews.az xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir, maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

0

Reklamınızı SmartBee ilə effektiv edin.