Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin qardaşıdır.
Qeyd edək ki, Elvin Paşayev 2024-25-ci illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra Qax rayonuna təyinat alıb.