Rəsmi Moskva beynəlxalq ictimaiyyəti və kollektiv Qərb azlığını dəfələrlə səmərəli dialoqa dəvət etdiyini bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Mosvkanın xarici siyasət kursu və Qərb müstəvisi ilə münasibətləri barədə növbəti sərt açıqlamalarla çıxış edib. Mayın 26-da Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində jurnalistlərə açıqlama verən XİN rəsmisi, Rusiyanın uzun illərdir "aqressiv Qərb azlığı" ilə mübarizədə ön sıralarda yer aldığını vurğulayıb.
Zaxarova rəsmi Mosvkanın böhranları önləmək üçün apardığı diplomatik səylərə diqqət çəkib:
"Beynəlxalq birliyi, xüsusən də bu kollektiv Qərb azlığını hər iki tərəf üçün səmərəli, real və konstruktiv dialoqa dəvət etmək cəhdləri tərəfimizdən dəfələrlə edilib".
Rusiya XİN sözçüsü çıxışında Ukraynadakı hərbi münaqişəyə də toxunub.
O qeyd edib ki, vəziyyətin ən "isti" fazası, yəni xüsusi hərbi əməliyyat başlamazdan əvvəl də Rusiya mövcud geosiyasi reallıqları və qarşıda dura biləcək təhlükələri tam və aydın şəkildə dərk edirdi.
Mövsüm,
AzNews.az