İsrail "Hizbullah"ın 100-dən çox obyektinə zərbə endirib - ANBAAN VİDEO

26 May 2026 18:20 (UTC+04:00)

Mayın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (SAXAL - IDF) Bekaa vadisi və Livanın cənubunda 100-dən çox infrastruktur obyektinə, eləcə də "Hizbullah" yaraqlılarına zərbə endirib.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə SAXAL öz "X" hesabında məlumat verib.

Məlumata görə, Bekaa vadisində silah anbarı da daxil olmaqla, qruplaşmanın infrastruktur obyektlərinə zərbələr endirilib. Livanın cənubunda İsrail qüvvələri 90-dan çox hədəfə, o cümlədən sursat anbarları, komanda mərkəzləri və müşahidə məntəqələrinə hücum edib.

SAXAL, həmçinin Məşqərə rayonundakı hücumun videogörüntülərini də dərc edib. Bildirilir ki, bu hücum zamanı bir neçə saniyə ərzində terrorçuların aktivliyinin qeydə alındığı bir neçə obyekt vurulub və nəticədə oradakı yaraqlılar məhv ediliblər.