Bulvarda qadına hücum edən şəxs həbs edilib

26 May 2026 18:29 (UTC+04:00)

Bulvarda qadına hücum edən şəxs həbs edilib.

Aznews.az xəbər verir ki, onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Dənizkənarı bulvar ərazisində qadına qarşı tanımadığı şəxs tərəfindən zorakılıq edilməsi barədə videogörüntü yayılıb.

Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd kəsici-deşici alət aşkarlanıb.