NASA 2027-ci ildə Aya demək olar ki, hər ay pilotsuz kosmik aparatlar göndərmək niyyətindədir.
AzNews.az xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmik Fəza İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalına müsahibəsində bəyan edib.
C.Ayzekmanın sözlərinə görə, Yerin təbii peykinə pilotsuz gəmilərin göndərilməsinə artıq bu il başlanıla bilər. Bu missiyalar ABŞ-nin Ay bazasının qurulmasına hazırlıq məqsədilə həyata keçiriləcək.
"2027-ci ildən başlayaraq, biz cənub qütbündə Ay bazası inşa etdiyimiz müddət ərzində dünya demək olar ki, hər ay Aya robotlaşdırılmış enişləri müşahidə edə biləcək", - deyə o bildirib.