Bu gün Azərbaycanda Qurban bayramıdır

27 May 2026 00:00 (UTC+04:00)

Bu il Azərbaycanda Qurban bayramı mayın 27-nə təsadüf edir.

Aznews.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanası tərəfindən aparılan hesablamalara əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə düşür.

Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul etdiyi yekdil fətva ilə də bayram günü kimi 27 may tarixi təsdiqlənib.

Şəriət qaydalarına əsasən, qurban kəsimi mayın 27-dən başlayaraq üç gün davam edə bilər. Həmin gün ölkənin məscidlərində bayram namazları qılınacaq.

Bayram namazı Əjdər bəy məscidində saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.