Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü

27 May 2026 14:46 (UTC+04:00)

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətində Qranov və Zaporojye bölgəsində Vozdvijenka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər.