Modriç karyerasını başa vurur

27 May 2026 18:45 (UTC+04:00)

“Milan” və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra aktiv futbolçu karyerasını başa vurmağı planlaşdırır.

AzNews.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Məlumata görə, tərəflər müqavilənin müddətini artırmaq niyyətində deyillər.

Modriç "Milan"da 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.