Pakistan XİN Azərbaycanı təbrik etdi

28 May 2026 11:05 (UTC+04:00)

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Aznews.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“Müstəqillik Gününüz mübarək, Azərbaycan!

Pakistan Respublikası hökuməti və xalqı Azərbaycan Respublikası hökuməti və xalqını səmimi-qəlbdən təbrik edir”, - paylaşımda deyilir.